Pezeşkiyan: İran nüvə silahı əldə etmək niyyətində deyil, lakin dinc nüvə haqqından əl çəkməyəcək

Pezeşkiyan: İran nüvə silahı əldə etmək niyyətində deyil, lakin dinc nüvə haqqından əl çəkməyəcək

Doktor Pezeşkiyan hökumət heyətinin iclasında vurğulayıb: Biz danışıqlar aparırıq ki, müharibə etmək niyyətində olmadığımızı sübut edək/ İran heç vaxt nüvə silahı ardınca olmayıb və olmayacaq, lakin heç bir şəraitdə öz dinc nüvə haqqından əl çəkməyəcək.

İran Prezidenti hökumət heyətinin iclasında deyib: “İranın nüvə fəaliyyəti dinc xarakter daşıyır və Ali Məqamlı Rəhbərin fətvasına əsaslanır və onun əldə etdiyi nailiyyətlər şəhidlərin qanı və alimlərin zəhmətinin nəticəsidir ki, bunu müzakirə etmək olmaz.”

Prezident əlavə edib: “Nüvə texnologiyası ölkənin səhiyyə, kənd təsərrüfatı, sənaye və ətraf mühit sahələrində tərəqqisi üçün vacibdir və İran təzyiqlər qarşısında öz hüquqlarından geri çəkilməyəcək.”

“İran sülhsevər olduğunu sübut etmək üçün danışıqlara hazırdır və öz milli maraqlarını və elmi nailiyyətlərini qətiyyətlə müdafiə edəcəkdir” – deyə, Pezeşkiyan qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × two =