Təhlükəsizlik Şurasının üzvləri ABŞ və -İsrailin Qəzzaya yardım göndərmək barədə planına qarşıdırlar

BMT Təhlükəsizlik Şurasının bir çox üzvü Qəzza zolağına yardım göndərmək üçün Amerika-İsrailin yeni planına qarşı çıxıb.
BMT Təhlükəsizlik Şurası çərşənbə axşamı gecə İngiltərə, Fransa, Danimarka, Sloveniya və Yunanıstanın tələbi ilə Qəzzada baş verən hadisələrlə bağlı iclas keçirib və burada İsrail rejiminin Qəzzəyə podratçılar vasitəsilə yardımların çatdırılmasına nəzarət etmək planı müzakirə edilib.
Fransanın BMT-dəki səfiri və daimi nümayəndəsi Jerome Bonafonte planı rədd edərək elan edib: “Bu mexanizm beynəlxalq hüquqa ziddir və insanların ehtiyaclarının ödənilməsinə imkan vermir. İsrail beynəlxalq hüquqa riayət etməlidir”.
Digər tərəfdən, Rusiyanın BMT-dəki səfiri və daimi nümayəndəsi Vasili Nebenzia planı rədd edərək, “Qəzzada aclıq sürətlə yayılır” dedi. Bu plan BMT-ni hərbi əməliyyatlarda (İsrailin) tərəfdaşına çevirir və humanitar fəaliyyətlərdə neytrallığı təhlükə altına alır.