Tramp İranla sövdələşmənin şərtini açıqlayıb

Tramp İranla sövdələşmənin şərtini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı yaratmaqdan imtina edəcəyi halda, onunla sövdələşməyə hazır olduğunu bəyan edib.

“Report”un məlumatına görə, o, bunu Birləşmiş Ştatlar və Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının sammitində çıxışı zamanı bildirib.

“Mən İranla razılaşmaya nail olmaq, mümkün olduğu təqdirdə nəsə etmək istəyirəm. Lakin İran terrorizmi maliyyələşdirməyi dayandırmalı, qanlı proksi müharibələr aparmaqdan və nüvə silahı yaratmaq məqsədindən həmişəlik imtina etməlidir”, – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 12 =