Tramp: İran böyük ölkədir, lakin onun nüvə silahı ola bilməz

Tramp: İran böyük ölkədir, lakin onun nüvə silahı ola bilməz

ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı sazişin bağlanmasına yaxındır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Dohada ABŞ və Qətərin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə bildirib.

“Ola bilsin ki, siz artıq İranın Tehranda radioaktiv toz yaratmayacağımızla bağlı şərtlərlə razılaşdığını oxumusunuz. İran böyük ölkədir, lakin onun nüvə silahı ola bilməz. Hər şey sadədir. Heç bir 30 səhifəlik sənəd yoxdur, cəmi bir cümlə var – onlar nüvə silahına malik ola bilməzlər. Düşünürəm ki, biz sazişin bağlanmasına yaxınıq”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 7 =