“Qəzzədə sionist rejimin törətdiyi cinayətlər və vəhşiliklərə qarşı durmaq ümumi bir vəzifədir”

İslam İnqilabının Ali Məqamlı Rəhbəri mayın 12-də Yardım İşçiləri Şəhidlərinin Milli Konqresinin qərargahı üzvlərini qəbul ediblər
Həzrət Ayətullahül-üzma Xamenei bu görüşdə xilasediciləri və yardım işçilərini insani xüsusiyyətlərin vəhumanistliyin təcəssümü hesab ediblər və İran cəmiyyətində mədəni təbliğat yolu ilə fədakarlıq və insanpərvərlik ruhiyyəsinin davam etdirilməsinin vacibliyinə işarə edərək, vurğulayıblar: “Bu ruhiyyənin müqabilində sionist rejimin Qəzzədəki cinayətləri və vəhşilikləri və Qərbin ona verdiyi dəstəkdir və bu qaniçənliyə və batil cəbhəyə qarşı durmaq ümumi bir vəzifədir”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri fədakarlıq və yardım ruhiyyəsinin qarşı tərəfinin sionist cinayətkarların təcili yardım maşınlarına hücum etmək, xəstəxanaları bombalamaq, müdafiəsiz xəstələr və uşaqları qətlə yetirmək kimi vəhşi davranışları hesab ediblər və buyurublar: “Bu gün dünya bu insan surətində olan heyvanlar tərəfindən idarə olunur və İran İslam Respublikası da onların qaniçənliyi və vəhşiliyinə qarşı durmağı öz vəzifəsi hesab edir”
Həzrət Ayətullahül-üzma Xamenei dinc əhaliyə qarşı cinayətlərə etiraz etməyin ümumbəşəri bir vəzifə olduğunu vurğulayaraq, əlavə ediblər: “Məhz bu vəzifə hissi bizi hərəkətə gətirir və ürəyimizdə ümid işığını alovlandırır və təbii ki, qərblilər kimi düşmənləri İslam Respublikası ilə qarşı-qarşıya durmağa vadar edib, çünki əgər biz onların vəhşiliyinə etiraz etməyi dayandırsaq, onlar bizimlə düşmənmilik etməyəcəklər”
O Həzrət qərb zorbalarının əsas probleminin İslam Respublikası tərəfindən onların batil sivilizasiyasının rədd edilməsi olduğunu bəyan edərək, qeyd ediblər ki, batil məhvə məhkumdur, lakin bu məqsədə çatmaq tədbir görülməli, müqavimət göstərilməli, passivlikdən, yayınma və Qərbi tərifləməkdən və yaltaqlıqdan çəkinmək lazımdır. Bunlar onun irəliləməsinə səbəb olacaq.