İranın Ali Rəhbəri: Trampın sözləri Amerika xalqı üçün rüsvayçılıqdır

İranın Ali Rəhbəri: Trampın sözləri Amerika xalqı üçün rüsvayçılıqdır

İnqilabın Ali Rəhbəri Ayətullah Xamenei buyurdu: ABŞ prezidentinin regiona səfəri zamanı verilən bəzi bəyanatlar qətiyyən cavab verilməyə layiq deyil. Nitqin səviyyəsi o qədər aşağıdır ki, danışan üçün biabırçılıq, Amerika milləti üçün isə utanc mənbəyidir.

Ölkənin hər yerindən minlərlə müəllim bu gün, 17 may 2025-ci il, şənbə günü İmam Xomeyni (r.ə.) Hüseyniyyəsində İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.

Onun bu görüşdəki çıxışının ən mühüm məqamları bunlardır:

ABŞ prezidentinin regiona səfəri zamanı səsləndirilən bəzi bəyanatlar heç də cavab verilməyə layiq deyil. Nitqin səviyyəsi o qədər aşağıdır ki, danışan üçün biabırçılıq, Amerika milləti üçün isə utanc mənbəyidir. Onlara heç bir işim yoxdur, amma bir-iki cümləyə diqqət yetirməliyik.

Tramp gücdən sülh üçün istifadə etmək istədiyini söylədi; Yalan danışdı. O və Amerika rəsmiləri, Amerika hökumətləri öz güclərindən Qəzzanı qırmaq, bacardıqları yerdə müharibəni qızışdırmaq, öz muzdlularını dəstəkləmək üçün istifadə etdilər. Onlar öz güclərindən bu şəkildə istifadə ediblər. Sülh yaratmaq üçün gücdən nə vaxt istifadə ediblər?

Bəli, gücdən sülh və təhlükəsizlik üçün istifadə edilə bilər. Bu da ona görədir ki, düşmənlərimizin korluğuna baxmayaraq, biz öz gücümüzü və ölkəmizin qüdrətini hər gün artıracağıq, inşallah. Amma, onlar bunu etmədilər. Onlar öz güclərindən istifadə edərək sionist rejimə on tonluq bombalar verdilər ki, Qəzzədə, Livanda və bacardıqları hər yerdə uşaqların, xəstəxanaların, insanların evlərinin üzərinə atsınlar.

ABŞ prezidenti bu ərəb ölkələrinə elə bir model təklif edir ki, onun ifadəsincə, bu ölkələr Amerikasız on gün belə yaşaya bilməz. O, belə dedi: “Əgər Amerika olmasaydı, on gün özlərini saxlaya bilməzdilər; Amerika bunları saxlayır”.

İndi alqı-satqısında, davranışında, təkliflərində həmin modeli yenidən ortaya qoyur və onlara da sırıyır ki, Amerikasız yaşaya bilməsinlər. Bu model, şübhəsiz ki, uğursuz oldu. Region xalqlarının səyi ilə Amerika bu bölgəni tərk etməlidir və edəcək.

Həqiqətən də bu bölgədə fitnə-fəsadın, müharibənin və ixtilafın mənbəyi sionist rejimdir. Bu bölgədə təhlükəli, ölümcül xərçəng şişi olan sionist rejimi kökündən qoparılmalıdır və məhv ediləcəkdir.

İslam Respublikasının müəyyən prinsipləri və xüsusi dəyər sistemi var. Ətrafımızda baş verən bütün eniş-yoxuşlara baxmayaraq, bu prinsiplərə arxalanaraq ölkəni irəli aparmışdır.

İndiki İran otuz il əvvəlki, qırx il, əlli il əvvəlki İran deyil. Bu gün Allahın tövfiqi və lütfü ilə və başqalarının rişxəndinə baxmayaraq, İran tərəqqi edib və inşallah, dəfələrlə irəliləyəcək və bunu hamı görəcək, gənclərimiz bunu ən yaxşı şəkildə görəcəklər. İnşallah, layiqli İslami İranın qurulmasında hamı əməkdaşlıq edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + 7 =