HTS-dən İsrailə böyük xidmət

HTS-dən İsrailə böyük xidmət

İsrail 1965-ci ildə Dəməşqdə edam edilən Mossad agenti Eli Cohen-ə aid materialların olduğu “rəsmi Suriya arxivini” başqa bir kəşfiyyat agentliyi ilə birgə həyata keçirdiyi gizli əməliyyatda ələ keçirdiyini bildirib.

İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi Mossad agenti Eli Cohen-ə aid olduğu bildirilən təxminən 2500 sənəd, fotoşəkil və şəxsi əşyaların olduğu “rəsmi Suriya arxivi”nin ələ keçirildiyini açıqlayıb.

Bazar günü edilən yazılı açıqlamada, sözügedən materialların Mossad-ın başqa bir kəşfiyyat təşkilatı ilə ortaq şəkildə həyata keçirdiyi kompleks və gizli əməliyyat nəticəsində İsrailə gətirildiyi ; lakin Mossadın əməkdaşlıq etdiyi “kəşfiyyat orqanı”nı açıqlamayıb. Bəyanatda deyilir:

“Mossad-ın tərəfdaş kəşfiyyat agentliyi ilə birgə həyata keçirdiyi mürəkkəb gizli əməliyyat nəticəsində Eli Kohenə məxsus Suriyanın rəsmi arxivi ələ keçirilib. Bu arxivdə onilliklər ərzində Suriya kəşfiyyatı tərəfindən sıx təhlükəsizlik altında saxlanılan minlərlə əşya var”.

Arxivə Koenin dindirmə fayllarından qeydlər və sənədlər, əlaqə saxladığı Suriya rəsmiləri ilə bağlı fayllar, İsraildəki ailəsinə yazdığı məktublar, Suriyadakı fəaliyyəti zamanı çəkilmiş fotoşəkillər və həbs edildikdən sonra evindən götürülmüş şəxsi əşyalar daxildir.

Ələ keçirilən materiallar onun 1965-ci il mayın 18-də Dəməşqin baş meydanında edam edilməsinin 60-cı ildönümünü qeyd etmək üçün İsrailə aparılıb.

İsrailin xeyrinə casusluq etdiyi üçün tutulan Eliyahu Ben-Şaul Kohen 1965-ci ildə Suriya təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib və 1965-ci ildə edam edilib.İsrail 1965-ci ildən bəri Koenin qalıqlarını və onun haqqında məlumat axtarır.

Ötən həftə İsrail kəşfiyyatı HTŞ rejiminin əməkdaşlığı ilə 1982-ci ildə öldürülən İsrail əsgərinin cəsədini Dəməşqdəki məzarından çıxararaq İsrailə gətirib.    

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 1 =