Türkiyədə şok anlar – Alov bürüyən evin divarı iki yanğınsöndürənin üzərinə çökdü! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Türkiyənin Kocaeli şəhərində iki evdə baş verən güclü yanğın qorxulu anlara səbəb olub. Alovların sürətlə yayılması nəticəsində taxta konstruksiyalardan biri çökmüş və iki yanğınsöndürənin üzərinə düşmüşdür. Hadisə zamanı inanılmaz bir möcüzə yaşanıb, xöşbəxtlikdən xilasedicilər ağır xəsarət almadan vəziyyətdən çıxmağı bacarıblar. Yanğının söndürülməsi üçün hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub. Şahidlərin sözlərinə görə, alovlar qısa müddətdə bütün evi bürüyüb, lakin operativ müdaxilə nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Yanğının baş vermə səbəbləri araşdırılır. Yeni məlumatlar daxil olduqca sizə təqdim edəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 3 =