Türkiyədə fabrik yanır

Türkiyənin Mersin bölgəsinin Toroslar rayonunda səs və görüntü sistemləri istehsal edən fabrikdə yanğın baş verib.
“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, yanğının səbəbi məlum deyil.
İnformasiyaya əsasən, hadisə yerinə təcili tibbi yardım, polis, yanğınsöndürən briqadaları göndərilib.
Bəzi yerlərdə partlayış səslərinin eşidildiyi fabrikin yerləşdiyi ərazi istiqamətində nəqliyyat hərəkətinə dayandırılıb.
Yanğının nəzarət altına alınması üçün əməliyyat davam edir.