İspaniyada təbiətə təhlükəli müdaxilə: Turistə rekord cərimə

İspaniyada təbiətə təhlükəli müdaxilə: Turistə rekord cərimə

İspaniyada Pikos-de-Europa Milli Parkında qayalıq ərazidən böyük daşı dərəyə atan turisti 5 001 avrodan 200 min avroyadək (təxminən 9 500 manatdan 383 min manatadək – red.) cərimə gözləyir.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayımlandıqdan sonra polis araşdırmalara başlayıb.

Bildirilib ki, adıçəkilən populyar milli parkda ətraf mühitə zərər vurmaq ciddi qanun pozuntusu kimi qiymətləndirilir.

Belə irihəcmli daşların dərəyə atılması təhlükəli sayılır və ciddi cərimə ilə nəticələnə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 15 =