İspaniya parlamenti İsrailə silah satışını qadağan edib

İspaniya parlamenti İsrailə silah satışını qadağan edib

İspaniya parlamenti solçu və millətçi partiyaların Qəzza müharibəsi səbəbindən İsrailə silah satışını qadağan etmək təklifini təsdiqləyib. Qərar sağçı Xalq Partiyası və ifrat sağçı Vox Partiyası istisna olmaqla, bütün partiyaların dəstəyi ilə qəbul edilib.

İspaniya parlamenti ötən gecə solçu və millətçi partiyaların Qəzzaya qarşı müharibəsi səbəbilə İsrailə silah satışına qadağa qoyulmasını tələb edən təklifi müzakirə edib.

Müzakirələrdən sonra təklif qəbul edilib və İsrailə silah və hərbi təyinatlı texnika satışının dayandırılması qərara alınıb.

“Jerusalem Post”un məlumatına görə, parlament İsrailə heç bir silah satılmamasını, döyüş texnikası, dəbilqə və zirehlərin qadağan edilməsini tövsiyə edən qanun layihəsini təsdiqləyib.

Qərar İspaniyanın İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatları tənqid etməsində konkret addım kimi qiymətləndirilir.

Koalisiya hökumətinin Sumar alyansı, müxalif Podemos Partiyası və Kataloniya Respublikaçı Sol Partiyasının irəli sürdüyü təklifin lehinə sağçı Xalq Partiyası və ifrat sağçı Vox Partiyası istisna olmaqla İspaniyanın bütün siyasi partiyaları səs verib.

Bu, İspaniya siyasətində Qəzza məsələsində geniş konsensusun olduğunu göstərir.

Sumar alyansının parlament sözçüsü Veronika Martinez mətbuata açıqlamasında “İspaniya soyqırım və ya cinayət törədən heç bir dövlətlə əməkdaşlıq etmir” deyib.

Martinez vurğulayıb ki, bu qərar İspaniyanın beynəlxalq hüquq və insan haqlarına sadiqliyinin göstəricisidir.

İspaniyanın baş naziri Pedro Sançes bundan əvvəl İsraili Qəzzada apardığı müharibəyə görə Eurovision Mahnı Müsabiqəsi kimi beynəlxalq mədəni tədbirlərdən kənarda saxlamağa çağırıb.

Parlamentin bu son qərarı Sançes hökumətinin İsrailə qarşı tənqidi mövqeyinin davamıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × four =