Türkiyə XİN: 2023-cü ildən bəri İslama qarşı 850-dən çox nifrət cinayəti törədilib

Türkiyə XİN: 2023-cü ildən bəri İslama qarşı 850-dən çox nifrət cinayəti törədilib

2023-cü ilin yanvarından bəri, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Avropadakı səfirlikləri qarşısında Qurani- Kərimin yandırılması da daxil olmaqla ümumilikdə 850-dən çox nifrət cinayəti törədilib.

“Report” “Yeni Şafak”a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Burhanettin Duran Ankarada İslamofobiya ilə Mübarizə Mərkəzi və İnstitutunun açılış mərasimində çıxışında deyib.

O bildirib ki, islamofobiya bütün dünyada və Qərbdə narahatlıq doğuran həddə çatıb.

Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş isə vurğulayıb ki, İslam dünyada qorxulu din kimi təqdim olunur:

“İslama qarşı nifrət hər ötən gün artır. İfadə azadlığı adı altında nifrət dolu çıxışların yayılması təəssüf ki, bir çox insana mənfi təsir göstərir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 6 =