Şahbaz Şərif: Pakistan İranla strateji əməkdaşlığın gücləndirilməsinə sadiqdir

Pakistanın baş naziri bazar ertəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri və İran İslam Respublikasının Prezidenti ilə görüşlərindən sonra mesajında yazıb: Biz İranın İslam ümməti arasında mühüm mövqeyinə böyük əhəmiyyət veririk və regional sülh və təhlükəsizlik üçün İran ilə strateji əməkdaşlığın gücləndirilməsinə sadiq olduğumuzu bəyan edirik.
İRNA müxbirinin çərşənbə axşamı verdiyi məlumata görə, Məhəmməd Şahbaz Şərif bazar ertəsi Tehranda İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei və İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan ilə keçirdiyi görüşlərdən sonra özünün X (keçmiş Twitter) sosial şəbəkəsi hesabında yazıb: “Mən İranın Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamenei ilə görüşməkdən şərəf duyuram”.
O, əlavə edib: “Mən onun fikirlərini, xüsusən də İslam ümmətinin üzləşdiyi hazırkı çətinliklərlə bağlı fikirlərini soruşdum. Biz, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi apardıq”.
Pakistanın baş naziri sözünə davam edib: “Mən ona İranın vasitəçi roluna və Cənubi Asiyada son böhran zamanı Pakistana qarşı narahatlığını ifadə etdiyinə görə təşəkkür etdim”.
O, vurğulayıb: Pakistan İranın İslam ümməti arasındakı rolunu yüksək qiymətləndirir və sülh, inkişaf və harmoniya kimi ümumi məqsədlərə nail olmağı səbirsizliklə gözləyir.