İran İsrailə xəbərdarlıq edib: Təhdidlərə cavab verməyə hazırıq

İran İsrailə xəbərdarlıq edib: Təhdidlərə cavab verməyə hazırıq

İran Ordusunun baş komandanı, general-mayor Əbdülrəhim Musəvi İsrailə xəbərdarlıq edib.

“Report” “İrna”ya istinadən xəbər verir ki, o, bildirib ki, İsrail İrana zərər verə bilməz:

“İran təhdidlərə lazımi cavab verməyə tam hazırdır”.

Musəvi bu sözləri İsrail rəsmilərinin son həftələrdə İranın nüvə obyektlərinə zərbələr endirməsi ilə bağlı ritorikasına dair suala cavab olaraq deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − twelve =