İsrail Livanda “Hizbullah”ın hədəflərinə aviazərbələr endirib

İsrail Livanda “Hizbullah”ın hədəflərinə aviazərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”ın Livanda yerləşən hərbi obyektlərinə aviazərbələr endirib.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İsrail ordusu “Hizbullah”ın fəallıq göstərdiyi rayonları hədəfə alıb və orada “Hizbullah”ın fəaliyyət göstərməsi atəşkəs razılaşmalarının kobud şəkildə pozulmasıdır.

Xatırladaq ki, İsrail və Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs 2024-cü ilin noyabr ayında imzalanıb. Atəşkəs sazişi BMT sülhməramlılarının dəstəyi ilə cənub sərhədi boyunca Livan ordusunun yerləşdirilməsini və “Hizbullah” silahlı birləşmələrinin Litani çayının arxasına çəkilməsini nəzərdə tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + five =