Braziliyada Gündə 3 Litr Kola İçən Şəxsin Sidik Kisəsindən Çıxanlar Həkimləri Şoka Saldı!

Braziliyada Gündə 3 Litr Kola İçən Şəxsin Sidik Kisəsindən Çıxanlar Həkimləri Şoka Saldı!

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Braziliyada böyrək ağrıları səbəbindən xəstəxanaya müraciət edən gəncin sidik kisəsindən 35 iri daş çıxarıldı. Həkimlər bu nadir tibbi hadisənin səbəbini araşdırarkən, xəstənin hər gün 3 litr kola içdiyini müəyyən etdilər.

Sidik kisəsində yaranan daşlar xəstədə şiddətli ağrılara səbəb olub. Üroloq Dr. Thales Andrade bu qeyri-adi hadisəni sosial media hesabında paylaşdı və video 8.5 milyon izlənmə topladı. Həkim, bu vəziyyətin əsas səbəbinin şəkərli və qazlı içkilərin həddindən artıq istehlakı olduğunu vurğuladı.

Dr. Andrade bildirib ki, fosforik turşu tərkibli içkilər böyrəklərdə asidik mühit yaradaraq kalsiumun sidikdə çökməsinə və zamanla daşlara çevrilməsinə səbəb olur. O, paylaşımında xəstənin sidik kisəsindən çıxardığı 35 daşın bir hissəsini nümayiş etdirərək, “Böyrək sağlamlığı gündəlik içki seçimlərimizdən başlayır” ifadəsini işlədib.

Bu hadisə, Kola içkilərinin sağlamlığa təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Həkimlər və mütəxəssislər insanlara bu cür içkiləri mütəmadi istehlak etməməyə çağırırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =