Kanada Polisi İsrail-Kanada Vətəndaşı Olan Əsgərlərin Qəzzada İnsanlığa Qarşı Cinayətlər Törətməsi ilə Bağlı Araşdırma Başladıb!

Kanada Polisi İsrail-Kanada Vətəndaşı Olan Əsgərlərin Qəzzada İnsanlığa Qarşı Cinayətlər Törətməsi ilə Bağlı Araşdırma Başladıb!

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Kanada federal polisi, İsrail ordusunda xidmət etmiş Kanada vətəndaşı olan bir neçə əsgərin Qəzzada müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməsi iddiaları ilə bağlı rəsmi istintaq başladıb.

Kanadanın Kral Atlı Polisi (RCMP) araşdırmanı Kanadanın İnsanlığa Qarşı Cinayətlər və Müharibə Cinayətləri Proqramı (CAHWCP) çərçivəsində həyata keçirir. İstintaq Kanada Ədliyyə Nazirliyi, Sərhəd Xidmətləri Agentliyi və Miqrasiya Departamenti ilə koordinasiyalı şəkildə aparılır.

Məlumata görə, araşdırma 2024-cü ildə gizli şəkildə başlanıb və İsrail ordusunda aktiv xidmət etmiş və ya ehtiyatda olan Kanada-İsrail vətəndaşlarını əhatə edir. Kanada rəsmiləri bildirirlər ki, istintaq nəticəsində daxili məhkəmə prosesləri başlaya bilər və ya beynəlxalq tribunalara sübutlar təqdim edilə bilər.

Kanada Ədliyyə Nazirliyi açıqlamasında bildirib ki, ölkənin müharibə cinayətkarları üçün sığınacaq olmaması əsas prioritetdir. Bu, həm Kanadada fərdlərin mühakimə olunmasını, həm də digər ölkələrlə sübutların paylaşılmasını əhatə edir.

Araşdırma Kanada və İsrail icmalarında güclü reaksiyalara səbəb olub. İsrailin Ynet xəbər portalı bildirib ki, istintaq ilk dəfə olaraq Kanada hökuməti tərəfindən rəsmi şəkildə başladılıb, əvvəlki hallarda isə bu cür araşdırmalar xüsusi hüquqi təşəbbüslər çərçivəsində aparılırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + one =