Çində Torpaq Sürüşməsi Baş Verib! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Çinin Guangxi bölgəsində baş verən ani torpaq sürüşməsi nəticəsində bir neçə avtomobil yoldan çıxaraq aşağı yuvarlanıb. Hadisə şiddətli yağışların təsiri ilə baş verib və bölgədə nəqliyyatın hərəkətinə ciddi maneələr yaradıb.
İlkin məlumatlara görə, yolun bir hissəsi çökmüş, və sürücülər torpaq sürüşməsini vaxtında fərq edə bilmədikləri üçün avtomobillər ardıcıl olaraq uçuruma düşüb.
Xilasetmə qrupları hadisə yerinə cəlb edilib və yaralıların təxliyəsi həyata keçirilir.
Bölgədə yağışların davam etməsi səbəbindən torpaq sürüşməsi riskinin hələ də yüksək olduğu bildirilir. Rəsmi qurumlar sürücülərə alternativ yolları istifadə etməyi tövsiyə edir.