ABŞ Suriyadan Mərhələli Şəkildə Çıxmağa Hazırlaşır!


Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
ABŞ rəsmiləri bildiriblər ki, ölkə Suriyanın şimal-şərqində, Əl-Həsəkə bölgəsindəki səkkiz hərbi bazadan yalnız birini saxlayacaq. Digər bütün bazalar, o cümlədən Əl-Tanf, tədricən boşaldılacaq.
Tam çıxış prosesinin bir neçə ay çəkəcəyi və təhlükəsizlik şəraitindən asılı olduğu vurğulanır. Əgər vəziyyət imkan verərsə, ABŞ-ın Suriyadakı hərbi kontingenti ilin sonuna qədər 1,000 nəfərdən aşağı düşə bilər.