Putin ABŞ-ın İranla nüvə danışıqlarına kömək etməyə hazırdır!


Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın İranla nüvə danışıqlarında irəliləyiş əldə etməsinə kömək etməyə hazır olduğunu bildirib. Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına görə, Moskva Tehranla olan yaxın əlaqələrindən istifadə edərək danışıqlara töhfə verməyə hazırdır.
Putin bu təklifi ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı irəli sürüb. O, İranın nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edə biləcəyini və prosesi sürətləndirmək üçün faydalı ola biləcəyini vurğulayıb.