Fransa siyasətçisi: Ordumuzun vəsaiti qalmayıb

Fransa siyasətçisi: Ordumuzun vəsaiti qalmayıb

Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo bildirib ki, ölkənin silahlı qüvvələrinin maliyyə çatışmazlığı var.

“Report” xəbər verir ki, siyasətçi bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, buna səbəb kimi bütün vəsaitin Ukraynaya yardıma xərclənməsini göstərib.

“Fransız ordusunda bir sent də qalmayıb! Hər şey Ukraynaya kömək üçün getdi və getməyə də davam edir”, – Filippo yazıb. O, əlavə edib ki, Fransa ordusuna quru rasion verilir.

Filippo Fransa prezidenti Emmanuel Makronu vahid Avropa ordusunun yaradılmasını dəstəkləməkdə ittiham edib. Onun sözlərinə görə, çünki büdcədən bütün vəsait Ukraynanın maliyyələşdirilməsinə gedib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × five =