ABŞ İrana dəstək məqsədilə pulların yuyulmasında iştirak edən 30-a yaxın şirkətə sanksiya tətbiq edib

ABŞ İrana dəstək məqsədilə pulların yuyulmasında iştirak edən 30-a yaxın şirkətə sanksiya tətbiq edib

Amerika Birləşmiş Ştatları İranın xeyrinə pulların yuyulması ilə mübarizə iddiası ilə 10 fiziki və 27 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

ABŞ rəsmilərinin iddiasına görə, sanksiya siyahısına düşən şəxslər və şirkətlər bir neçə milyard dolların yuyulması ilə nəticələnən sxemdə iştirak ediblər. Q

Qeyd olunur ki, bu vəsaitlərin yuyulması İrana qarşı tətbiq edilən sanksiyaları pozaraq neft və digər məhsulların satışı yolu ilə həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + three =