80 min nəfər Əl-Əqsa məscidində bayram namazı qılıb

80 min nəfər Əl-Əqsa məscidində bayram namazı qılıb

İsrail rejiminin sərt təhlükəsizlik tədbirləri və sıx məhdudiyyətlərə baxmayaraq minlərlə fələstinli Qurban bayramı namazını Əqsa məscidinin həyətində qılıb.

Bu cümə səhəri on minlərlə fələstinli sionist rejimin həyata keçirdiyi sərt təhlükəsizlik tədbirlərinə baxmayaraq, Məscidül-Əqsada Qurban bayramı namazını qılıb.

Yerli Fələstin mediasının məlumatına görə, fələstinlilər sübh çağı Məscidül-Həramda təkbirlər səsləndirərək mənəvi bayramı möhtəşəm tərzdə qeyd ediblər.

Bu böyük fəallıq İsrail polisinin Əl-Əqsa məscidi ətrafında həyata keçirdiyi sərt təhlükəsizlik tədbirlərinə baxmayaraq baş verib.

Qüds İslam Vəqfləri İdarəsi 80 min insanın Qurban bayramı namazını Əqsa məscidində qıldığını açıqlayıb.

Qəzza zolağında yaşayan fələstinlilər də bu il çətin şəraitdə Qurban bayramı namazını dağıdılmış məscidlər və uçuq-sökük evlər arasında qılıblar.

Bu gün Qəzzanın müxtəlif yerlərində Qurban bayramı namazı qılınarkən, İsrail rejiminin Qəzzanın müxtəlif bölgələrinə, o cümlədən Qəzzanın şimalındakı Cibaliyyənin şərqinə hücumları bu gün səhər saatlarında davam edib. Xan Yunisin şərqi də daxil olmaqla bəzi bölgələrdə fələstinlilərin təkbir səsləndirmələri rejimin ağır artilleriya atəşi səslərinə qarışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 1 =