İsrailin Blokadası Güclənir: Katz ‘Madeleine’ Flotilliyasını Durdurmağa Əmr Verdi!

İsrailin Blokadası Güclənir: Katz ‘Madeleine’ Flotilliyasını Durdurmağa Əmr Verdi!

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Sionist rejimin Müdafiə Naziri İsrael Katz, İsrail ordusuna “Madeleine” flotilliyasının Qəzzaya çatmasının qarşısını almaq üçün tədbirlər görməyi tapşırıb. O, İsrailin bu yardımı blokadaya qarşı bir təxribat kimi qəbul etdiyini və bütün mümkün vasitələrlə qarşısını alacağını bildirib.

Flotilliyanın tərkibində iqlim fəalı Greta Thunberg və digər beynəlxalq aktivistlər var. Onlar Qəzzaya humanitar yardım çatdırmaq və bölgədəki ağır vəziyyətə diqqət çəkmək məqsədi daşıyırdılar.

Sionist İsrail rejimi isə bu təşəbbüsü HƏMAS-a dəstək kimi qiymətləndirərək flotilliyanın Qəzzaya çatmasına icazə verməyəcəyini bəyan edib. Katz, aktivistlərə geri dönmələri barədə açıq xəbərdarlıq edib və İsrailin hava, dəniz və quruda blokadanı qoruyacağını vurğulayıb. Bu hadisə, İsrailin Qəzzaya humanitar yardımın çatdırılmasına qarşı sərt mövqeyini və beynəlxalq fəallara qarşı artan təzyiqini göstəricisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × three =