Təcili – ABŞ polisi Avstraliyalı jurnalisti vurdu!

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Los-Ancelesdə etirazları işıqlandıran avstraliyalı jurnalist Lauren Tomasi polis müdaxiləsi zamanı plastik mərmi ilə vurulub. 9 News kanalının müxbiri olan Tomasi, etirazları çəkərkən Los-Anceles Polis Departamenti (LAPD) tərəfindən atılan mərmi ayağına dəyib. Hadisə canlı yayım zamanı baş verib.
Avstraliya hökuməti hadisəyə reaksiya verərək, ABŞ-dan izahat tələb edib. Hadisə jurnalistlərin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.