Taksi sürücüsü alışqanı yandırdı, avtomobil alov aldı! (Video İzlə)

Taksi sürücüsü alışqanı yandırdı, avtomobil alov aldı! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Türkiyənin Elazığ şəhərində taksi sürücüsü avtomobildə alışqanı yandırdığı anda maşın alov alıb. Hadisə Gazi küçəsində, keçmiş Müəllimlər Evi qarşısındakı avtobus dayanacağında baş verib. 23 T 0086 dövlət nömrə nişanlı taksi sürücüsü R.A., maşında alışqanı yandırdıqda qəfil yanğın başlayıb.

Sürücü təhlükə hiss edərək avtomobildən uzaqlaşsada qolundan, üzündən xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürənlər cəlb edilib. Yanğınsöndürənlər alovları nəzarət altına alıb, sürücü isə Fırat Universiteti Xəstəxanasına aparılıb.

Hadisə təhlükəsizlik kameralarına yansıdığı üçün geniş müzakirələrə səbəb olub. Ekspertlər avtomobildə qaz sızması və ya yanacaq buxarının alışqanla alovlanmasının mümkün olduğunu bildirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 14 =