Ayətullah Xamenei: İsrail özü üçün acı tale hazırlayıb

Ayətullah Xamenei: İsrail özü üçün acı tale hazırlayıb

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei İslam Respublikasının hərbi qüdrətinin qətiyyətini və hücumlara qarşı güzəşt etməyəcəyini vurğulayaraq, İranın qisas alacağını və İsrailə ağır bədəl ödəməyi hədəfləyəcəyini vəd edib

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei cümə günü səhər saatlarında İsrailin İrana qarşı təcavüzü ilə bağlı bəyanat yayıb .

Ayətullah Xamenei İsrailin İran torpaqlarına hücumunu “çirkli və qanlı” əllərin törətdiyi cinayət kimi qiymətləndirib.

İnqilabın Rəhbəri hücumun legitimliyini tamamilə rədd edərək, təcavüzkar varlığı mənəvi, siyasi və hərbi cəhətdən pisləyib.

İnqilab Rəhbərinin bəyanatında aşağıdakı ifadələr yer alıb:

“Rəhman və Rəhim olan Allahın adı ilə!

Ey böyük İran xalqı. Bu gün sübh çağı sionist rejim öz çirkli və qanlı əllərindən istifadə edərək sevimli ölkəmizdə cinayət törətmiş və yaşayış məntəqələrinə heç vaxt olmadığı kimi hücum edərək əsl simasını ortaya qoymuşdur. Bu rejim ağır cəza gözləməlidir.

İslam Respublikası Silahlı Qüvvələrinin güclü əli inşallah İsraili heç vaxt tərk etməyəcək.

Düşmən hücumlarında bir neçə komandir və elm adamı şəhid oldu. Onların yerinə gələnlər, inşallah, dərhal öz vəzifələrinə davam edəcəklər.

Sionist rejim bu qətllə özünə ağrılı aqibət hazırladı və mütləq bu aqibətlə üzləşəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − 8 =