Arakçi: Müharibə nəzarətdən çıxa bilər

Arakçi: Müharibə nəzarətdən çıxa bilər

İranın xarici işlər naziri Abbas Arakçi İsrailin başlatdığı müharibənin nəzarətdən çıxa biləcəyi ilə bağlı xəbərdarlıq edərək, təcavüzün bitəcəyi təqdirdə diplomatiyanın yenidən başlaya biləcəyini bildirib.

İranın xarici işlər naziri Abbas Arakçi bazar günü axşam İran dövlət televiziyasına verdiyi açıqlamada İsrailin başlatdığı müharibənin nəzarətdən çıxa biləcəyi barədə xəbərdarlıq edib.

Arakçi vurğulayıb ki, İsrail təcavüzü sona çatarsa, diplomatiya və danışıqların yenidən başlaması üçün zəmin hazırlayacaqlar.

Arakçi ABŞ və Avropa ölkələrini İsrailin İrana hücumlarını dəstəkləməkdə ittiham edib. Qərbin mövqeyini “birtərəfli və İsrailin xeyrinə” kimi xarakterizə edən iranlı nazir deyib ki, Vaşinqton və bəzi Avropa paytaxtlarının İsrailin təcavüzünü təşviq etməsi ciddi qlobal nəticələrə səbəb ola biləcək tarixi səhvdir. Bununla belə, o qeyd edib ki, davam edən hücumlar siyasi səyləri pozur.

Digər tərəfdən, o, sabah keçirilməsi planlaşdırılan Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyətinin iclasında İranın nüvə obyektlərinə edilən hücumların açıq şəkildə pislənəcəyini gözlədiklərini ifadə edib.

Bu hücumların pislənilməməsinin təcavüzü davam etdirəcəyini irəli sürən Arakçi, ABŞ və bəzi Avropa ölkələrinin BMT Təhlükəsizlik Şurasının İsrailə qarşı sanksiyalar tətbiq etməsinə mane olduğunu bildirib.

Bir rəsmi Reuters agentliyinə bildirib ki, İran İsrailin hücumları davam etdiyi müddətdə atəşkəs üçün ciddi danışıqlara hazır deyil.

Rəsmi İranın “İsrailin qabaqlayıcı zərbələrinə cavabını tamamlamadan danışıqlara getməyəcəyini” və “təcavüz təzyiqi altında danışıqlar aparmayacağını” açıq şəkildə ifadə etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × one =