Yeni rekord: İtaliyada dumanda “dünyanın ən incə” avtomobili

İtaliyada məşhur “Fiat Panda” avtomobil modelinin qeyri-adi versiyası görüntülənib.
Avtomobilin kuzovu ensizləşdirilib və təkərləri bir-birinə daha yaxın yerləşdirilib. Qeyri-standart ölçülərinə baxmayaraq, avtomobil kifayət qədər hərəkətli görünür.
Qeyri-adi nəqliyyat vasitəsinin videoları tez bir zamanda sosial şəbəkələrdə yayılıb. Kadrlarda ensiz avtomobilin sərbəst hərəkət etdiyi və yoldan keçənlərin təəccüb dolu reaksiyasına səbəb olduğu əks olunub.