Dünyanın ən quraq səhrasına qar yağıb

Dünyanın ən quraq səhrasına qar yağıb

Dünyanın ən quraq bölgəsi hesab olunan Atakama səhrasına (Çili) qar yağıb.

Oxu.Az xəbər verir ki, bu barədə ALMA rəsədxanası “X” sosial şəbəkəsində məlumat yayıb.

“İnanılmazdır! Dünyanın ən quraq səhrası – Atakama – qarla örtülüb!” – deyə paylaşımda bildirilir.

Yayımlanan görüntülərdə qar örtüyünün səhranın qumlu təpələrini örtdüyü aydın görünür. Video müəllifi qeyd edir ki, Atakama səhrasına son 10 ildə ilk dəfə qar yağıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 11 =