Senat Trampın İrana zərbə endirmək səlahiyyətini məhdudlaşdıran qətnaməni rədd edib

Senat Trampın İrana zərbə endirmək səlahiyyətini məhdudlaşdıran qətnaməni rədd edib

ABŞ Senatı Prezident Donald Trampın Birləşmiş Ştatların qanunvericilərinin icazəsi olmadan İranda hərbi əməliyyat keçirməsinə mane olacaq qətnaməni rədd edib.

“Report”un xəbərinə görə, səsvermə qanunverici orqanın yuxarı palatasının saytında yayımlanıb.

Demokrat Tim Keynin təklif etdiyi qətnamənin rədd olunması qərarını 53 senator dəstəkləyib, 47 qanunverici isə əleyhinə səs verib. Demokratlardan biri Con Fetterman qətnamənin rədd edilməsinə, respublikaçı Rend Paul isə əleyhinə səs verib.

Yerli ekspertlərin fikrincə, səsvermə göstərdi ki, Konqresin hər iki palatasına nəzarət edən respublikaçılar və bəzi demokratlar Trampa Tehrana qarşı hərbi əməliyyatlar aparmaq üçün azadlıq verməyə hazırdırlar. Bir çox demokratlar və hətta bəzi respublikaçılar bildiriblər ki, Ağ Ev İranın nüvə obyektlərinə zərbələr endirməzdən əvvəl Konqresdən icazə istəməli idi.

ABŞ Konstitusiyası müharibə elan etmək səlahiyyətini Prezidentə deyil, Konqresə verib. Bununla belə, son onilliklərdə ABŞ liderləri qanunvericilər tərəfindən xaricdə hərbi gücdən istifadə etmək, o cümlədən yeni əməliyyatlara başlamaq üçün onlara verilən icazələri çox geniş şəkildə şərh etdilər. Son günlər Konqresin bir neçə üzvü Trampın İrana qarşı hərbi güc tətbiq etməsini yalnız qanunvericilik təsdiqi ilə tələb edən qətnamələr hazırlayıb. Lakin bu sənədlərin heç biri hələ qəbul edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 10 =