İran: Nüvə sənayesi milli gücümüzün simvoludur

ranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami İran xalqının ABŞ və İsrailin təcavüzünə qarşı müqavimətini yüksək qiymətləndirərək, nüvə sənayesinin ölkənin elmi müstəqillik və milli qüdrətə nail olmaq iradəsinin uğurlu simvolu olduğunu bildirib.
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami İran xalqının ABŞ və İsrailin təcavüzünə qarşı müqavimətinə təşəkkür mesajında nüvə sənayesinin “İran xalqının elmi müstəqilliyə, milli gücə və ölkənin tərəqqisinə nail olmaq iradəsinin uğurlu simvolu” olduğunu bildirib.
Tasnim Agentliyinin məlumatına görə, İslami mesajında bildirib ki, İran xalqının şücaəti, nəcibliyi və müqaviməti həmişə haqq və ədalət yolunda möhkəm addımlar atan bir xalqın uzaqgörənliyini ortaya qoyan parlaq səhifə açıb.
“Toqquşmalar bizim birliyimizi gücləndirdi”
İranın Atom Enerjisi Təşkilatının rəhbəri mesajında belə deyib:
Bu toqquşmalar nəinki millətimizin iradəsində zərrə qədər sarsıntı yaratmadı, əksinə, iranlıların İslam vətəninin ərazi bütövlüyü, şərəf və istiqlaliyyətinin müdafiəsində birlik, çalışqanlıq və inamını hər zamankindən daha çox üzə çıxardı.
İslami vurğulayıb ki, İran xalqının həmrəyliyi və bu ölkənin silahlı qüvvələrinin güclü və strateji əməliyyatları haqqın batil üzərində qələbəsinin sütunlarından biridir və bundan sonra da olacaq.
“MAQATE hücumu pisləməkdən çəkindi”
İsrail və ABŞ-ın ölkənin nüvə obyektlərinə hücum və məhvlərinin tamamilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) tam və daimi nəzarəti altında olan mərkəzlərdə həyata keçirildiyinə işarə edən İslami, bu hücumların təkcə İranın yerli sənayesinə hücum deyil, həm də açıq şəkildə hüquq sistemi və beynəlxalq qaydaların pozulması olduğunu bildirib.
“Daha acınacaqlısı odur ki, Agentliyin marionet baş direktoru bu beynəlxalq qurumun nizamnaməsinə və qanunlarına zidd olaraq bu cinayət əməlini pisləməkdən çəkinib”, – İslami bildirib.
İslami mesajının sonunda İran xalqını əmin edib və əlavə edib ki, ölkənin mütəxəssisləri və alimləri elmi imkanlar və milli maraqları bütün gücləri ilə qoruyacaqlar.