“Hər qaranlıq gecənin bir aydın səhəri var.”

“Hər qaranlıq gecənin bir aydın səhəri var.”

Sionist rejimin İrana qarşı açıq-aşkar təcavüzü fonunda, İranın bir qrup keçmiş və hazırkı diplomatları bu cinayəti kəskin şəkildə pisləyən bir bəyanat yayıblar.

Bəyanatın tam mətni aşağıdakı kimidir:

Uca Allahın adı ilə

Bu günlərdə vətənimiz İran, tarix boyunca ən qəddar rejimlərdən biri tərəfindən hücuma məruz qalmışdır. Belə bir şəraitdə, inanc və düşüncə fərqindən asılı olmayaraq, bütün iranlıların vəzifəsidir ki, vətən müdafiəsində heç bir səydən çəkinməsinlər.

İran bu qarşıdurmanın başladanı olmamış, daim beynəlxalq münaqişələrin dinc və diplomatik yollarla həll olunmasında ciddi rol oynamışdır. Lakin sionist İsrail rejimi – varlığını başqa xalqların torpaqlarını işğal üzərində qurmuş və on illər boyu dövlət səviyyəsində terror və təcavüz siyasətini yürütmüş bu rejim – yenidən bölgədə qan, od və xaos yaratmaq üçün fürsət gözləmiş və bu dəfə də İranla ABŞ arasında aparılacaq növbəti danışıqlar mərhələsi ərəfəsində, rəzilcəsinə ölkəmizə təcavüz etmişdir. Bu hücumun məqsədi danışıqları pozmaq və bölgə ilə dünya miqyasında öz qaranlıq niyyətlərinə zəmin yaratmaq olmuşdur.

Sionist rejimin bu cür aşkar və həyasız beynəlxalq hüquq pozuntusu qarşısında, beynəlxalq ictimaiyyətin bütün üzvləri bu təcavüzü qətiyyətlə pisləməlidir. Əks halda, bu cinayətkar hərəkətlərə qarşı səssizlik, işğalçının mükafatlandırılması və beynəlxalq qayda-qanunların daha da zəifləməsi anlamına gələcək.

Biz, İran İslam Respublikasının bir qrup keçmiş və hazırkı yüksək rütbəli diplomatları olaraq – dini, milli və vətənpərvərlik borcumuz naminə, İranın suverenliyi və ərazi bütövlüyünün müdafiəsində liderlik, hökumət və millət arasında sarsılmaz birliyin vacibliyini vurğulayır, xalqımızın bütün təbəqələrini və ziyalılarını bu yırtıcı sionist düşmən qarşısında həmrəyliyə çağırır və bu müqəddəs vəzifədə hər cür iştirak və dəstəyə hazır olduğumuzu bəyan edirik.

Sionist rejimin terror hücumu nəticəsində şəhid olmuş vətəndaşlarımıza, alimlərimizə və qəhrəman komandirlərimizə Allahdan rəhmət və məğfirət diləyir, gecə-gündüz vətənin müdafiəsində canını fəda edən Silahlı Qüvvələrimizin, habelə ölkəmizin başucalığı üçün çalışan dövlət rəsmilərimizin və diplomatik korpusumuzun fəaliyyətlərində onlara Uca Allahdan uğurlar diləyirik.

Əziz vətənimizə, əziz xalqımıza bir daha səslənirik:

“Hər qaranlıq gecənin bir aydın səhəri var.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − four =