İsrail rejiminin təhlükəsizlik rəsmiləri İrana qarşı aşınma müharibəsindən qorxur

Sionist rejimin hərbi rəsmilərindən biri İran Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin sürətlə artdığını etiraf edərək bildirib ki, bu ölkə çox təsirli hava hücumundan müdafiə sistemlərinə və yüksək səviyyədə zenit-raket buraxma qabiliyyətinə malikdir.
O, həmçinin İranın raket buraxma, ələkeçirmə sistemləri və digər hərbi sahələrdəki əhəmiyyətli imkanlarını qəbul edərək iddia edib ki, İran ayda onlarla müasir ballistik raket və buraxılış platforması istehsal etməyə çalışır.
Rəsmilər etiraf ediblər ki, İran xalqının gücünün fərqində olan İsrail rejiminin təhlükəsizlik dairələri bu ölkəyə qarşı diplomatik yol olmadan aparılacaq uzunmüddətli müharibədən ciddi şəkildə qorxu hissi keçirirlər.