SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin 15-ci rəsmi açıqlaması

SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin 15-ci rəsmi açıqlaması

SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən yayımlanan 15-ci rəsmi bəyanatın mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

“Sadiq vəd 3” əməliyyatlarının 18-ci dalğası bu gecə işğal altındakı Fələstinin mərkəzində və Ben Qurion hava limanında yerləşən sionist rejimin hərbi hədəfləri və əməliyyat təminat mərkəzlərinə qarşı həyata keçirildi. Əməliyyatda geniş miqyaslı “Şahid-136” intihar və döyüş dronları, həmçinin dəqiq idarə olunan bərk və maye yanacaqlı raketlərdən istifadə olundu. Əvvəlcədən müəyyən edilmiş hədəflər Allahın köməkliyi ilə uğurla məhv edildi.

Qeyd edək ki, bu gecə “Şahid-136” dronlarından ibarət bir neçə dəstə fasiləsiz şəkildə işğal olunmuş ərazilərin səmasında əməliyyat icra etdi. Ən müasir hava hücumundan müdafiə sistemləri belə bu dronları ələ keçirməkdə aciz qaldı və sionistlər hər zamankı kimi sığınacaqlara qaçmağa məcbur oldular.

Raket və pilotsuz uçuş aparatlarının kombinə edilmiş hücumları ardıcıl və məqsədyönlü şəkildə davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =