İsrail real itkilərinə senzura qoyur

İsrail real itkilərinə senzura qoyur

İranın İsrailə raket hücumlarından sonra İsrail hökuməti və ordusunun hücumlardan faktiki tələfat və zərər rəqəmlərini qəsdən gizlətdiyi bildirilir. Ekspertlərin fikrincə, bu senzura İsrailin daxili cəbhəsinə mənfi psixoloji və siyasi təsirlərin qarşısını almaq və hökumətin zəifləmiş mövqeyini qorumaq məqsədi daşıyır.

İranın İsrail ərazisinin dərinliklərində həyata keçirdiyi raket hücumlarından sonra hücumların vurduğu zərərin həqiqi miqyası ilə bağlı İsrail ictimaiyyəti arasında gərgin müzakirələr başlayıb.

Bir çox ibrani mənbələri, İsrail hökumətinin və ordusunun həqiqi itki rəqəmlərini qəsdən gizlətdiyini irəli sürür, eyni zamanda administrasiyanın əhalini qorumaq və İranın hücumlarını dəf etmək qabiliyyəti də şübhə altına alınıb.

Analitiklər Əl-Cəzirə telekanalına bildiriblər ki, İran raketlərinin yaratdığı geniş dağıntılar nəticədə İsrail ictimaiyyətinin müharibəyə dəstəyini azaldacaq və etirazları artıracaq.

Bu səbəbdən də bildirilir ki, İsrail hökuməti daxili cəbhəyə mənfi təsir edəcək və onun kövrək vəziyyətini daha da sarsıdacaq psixoloji və siyasi nəticələri öz nəzarətində saxlamaq üçün real itkiləri gizlətməyə çalışır.

Müharibə zamanı informasiya və statistika hərbi və siyasi məqsədlər üçün mühüm alətə çevrilə bilər. Qeyd olunur ki, İsrail hakimiyyəti mediada məhz bu strategiyaya riayət edir, yalnız daxildə və xaricdə öz məqsəd və maraqlarına xidmət edən məlumat və rəqəmlərin dərcinə icazə verir.

Ordu senzurası qüvvədədir

Kermel Mərkəzinin İsrail Araşdırmaları Proqramının direktoru Emtans Şehade Əl-Cəzirə telekanalına deyib: “İran raketləri mülki əraziləri vurduqda , bu barədə İsrail mediası dərhal xəbər verir. Bununla belə, sionistlər itkilərin dəqiq sayını gizlədir və hərbi və ya strateji obyektlərə dəyən zərər haqqında heç bir məlumat verməkdən yayınırlar” .

Şehade əlavə edib ki, İsrail ordusunda itkilər və zərər haqqında məlumatların yayılmasının qarşısını almaq üçün hərbi senzura qurumu var və İsrail mediası da bu senzura siyasətinə əməl edir.

İsrail məsələləri üzrə ekspert Muhannad Mustafa da bildirib ki, İsrail hökuməti İran raketlərinin dağıdıcı gücü və hədəf dəqiqliyi ilə bağlı təfərrüatları gizlədir, xüsusən də bu raketlər mülki və ya hərbi obyektlərə həssas olanda.

“İsrailin Nazirlər Kabineti bu qadağanı ona hərbi məlumatları və ya müharibə zamanı daxili təhlükəsizliyə birbaşa təsir edən hər şeyi gizlətmək səlahiyyəti verən fövqəladə qanuna əsaslanır”, – Mustafa bildirib.

“İsrail cəmiyyəti görünməmiş bir şok yaşayır”

Akademik və siyasi tədqiqatçı Məhəmməd Qazi əl-Camal deyib ki, o, İsraildə insan və maddi ziyanın həqiqi ölçüsünü gizlətmək üçün qəsdən və rəsmi qərarın qəbul edildiyinə inanır.

Əl-Camal bu siyasətin əvvəlki müharibələrdə, o cümlədən indiki Qəzza müharibəsində də müşahidə edildiyini və İsrail itkilərinin sayının sonradan rəsmi olaraq elan ediləndən qat-qat çox olduğunun açıqlandığını vurğulayıb.

Ərəb analitiki deyib: “İran raketlərinin sionistlərin daxili cəbhəsində buraxdığı dağıntılar sonda İsrail cəmiyyətində qəzəb və müharibənin dayandırılması tələblərinə səbəb olacaq. Bu əsasda işğalçı rejimin kabineti və ordusu zərər və itkilərin real miqyasını gizlətmək istəyir”.

Ekspert Muhenned Mustafa bu gün İsrail cəmiyyətinin görünməmiş bir sarsıntı yaşadığını vurğulayaraq deyib:

“Sionistlər öz daxili cəbhələrində heç vaxt belə dağıntı görməmişdilər. Onlar həmişə öz cəbhələrindən kənarda müharibə aparmağa və düşmən ərazilərini məhv etməyə öyrəşiblər. Fərqli müharibələrdə Fələstin və ya Livan müqaviməti tərəfindən həyata keçirilən raket hücumları İsrailin daxili cəbhəsinə məhdud təsir göstərdi. Amma İranın bu gün etdikləri israillilər üçün dəhşətlidir”.

Mustafa İsrail cəmiyyətinin bu xərcləri daşımağa gücünün olmadığını və sionistlərin tezliklə “Müharibə nə vaxt bitəcək?” sualını verməyə başlayacaqlarını bildirib.

Ekspert əlavə edib: “Bu gün sionist icmasında gördüklərimiz kabinetin bu müharibənin gözlənilən bədəlini hesablamaqda məskunlaşanları aldatdığını sübut edən səslərin əlamətləridir və kabinet İranın hücumlarının qarşısını ala biləcəyi iddiaları ilə israilliləri aldatmağa davam edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + twenty =