İsraildə minlərlə köçkün evlərindən təxliyə edilib

srailin maliyyə naziri Bezalel Smotric bildirib ki, İranın İsrailə hücumları nəticəsində birbaşa ziyan dəymiş 14 583 hadisə ilə məşğul olur. Bazar ertəsi axşam saatlarında 2775 sakinin zərər görə evlərindən təxliyə edildiyini qeyd edən Smotric, təxminən 24 binanın sökülməsi lazım olduğunu söylədi.
İsrailin maliyyə naziri Bezalel Smotric bu gün bildirib ki, İranın İsrailə hücumları nəticəsində 14 583 birbaşa ziyanla bağlı iş aparılır.
“Jerusalem Post” qəzetinin məlumatına görə, Smotric Vergi İdarəsi qruplarının zərərin hesablanması işlərini həyata keçirdiyini bildirib.
Smotric qeyd edib ki, bazar ertəsi axşam saatlarında zədələnmiş evlərindən evakuasiya edilən 2775 sakinə də baxılır.
İranın hücumları nəticəsində təxminən 24 binanın sökülməsi lazım olduğunun müəyyən edildiyini bildirən Smotric, təxliyə edilən sakinlərin əksəriyyətinin yerli bələdiyyələr tərəfindən otellərə yerləşdirildiyini qeyd edib.
Bundan əvvəl İran İnqilabı Keşikçiləri Korpusu sionist İsrail rejiminə aid Aman ordusunun kəşfiyyat mərkəzinin və Təl-Əvivdə Mossad-a bağlı “sui-qəsd və şər əməliyyatlarının planlaşdırılması mərkəzi”nin hədəf alındığını açıqlamışdı.