İranın BMT-dəki nümayəndəsi: Uranın zənginləşdirilməsini dayandırmayacağıq

İranın BMT-dəki nümayəndəsi: Uranın zənginləşdirilməsini dayandırmayacağıq

İranın uranı zənginləşdirmək hüququ var və bu fəaliyyəti dayandırmağı planlaşdırmır.

“Report”un məlumatına görə, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Amerikanın CBS telekanalına müsahibəsində deyib.

Diplomat vurğulayıb ki, uranın zənginləşdirilməsi üzrə fəaliyyət Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əsasən, İranın hüququdur.

“Biz bu hüquqdan istifadə etmək istəyirik”, – İrəvani izah edib. Tehranın uranın zənginləşdirilməsini bərpa etmək niyyətində olub-olmaması ilə bağlı suala cavabında o belə deyib: “Düşünürəm ki, zənginləşdirmə heç vaxt dayandırılmayacaq”.

Atom üzrə Beynəlxalq Enerji Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi daha əvvəl CBS telekanalına müsahibəsində qeyd edib ki, İran nüvə proqramının bəzi komponentlərini saxlayıb və bir neçə ay ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər. Onun sözlərinə görə, İran Fordo, Natanz və İsfahanda uranın emalı, çevrilməsi və zənginləşdirilməsi qabiliyyətinə malikdir. Qrossi əlavə edib ki, bu imkanlar əsasən məhv edilib, lakin nəsə qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 3 =