ABŞ Prezidentinin İranın ali rəsmiləri haqqında səsləndirdiyi nalayiq və təhqiramiz fikirlərə dair İran İslam Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı

ABŞ Prezidentinin İranın ali rəsmiləri haqqında səsləndirdiyi nalayiq və təhqiramiz fikirlərə dair İran İslam Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ Prezidentinin Ali Rəhbər və İran xalqı ilə bağlı səsləndirdiyi nalayiq ifadə və qeyri-etik davranışını kəskin şəkildə pisləyir.

Bu təhqiramiz və diplomatik əxlaq normalarına zidd söz və hərəkətlər təkcə xalqların öz taleyini müəyyən etmək hüququna hörmət prinsipinə əsaslanan BMT Nizamnaməsinin və ortaq beynəlxalq dəyərlərin açıq şəkildə pozulması deyil, eyni zamanda dərin kökləri olan bir millətə və sivilizasiyaya qarşı hörmətsizlik, regionda və dünyanın müxtəlif yerlərində yüz milyonlarla müsəlmanın hisslərinin təhqir olunmasıdır.

Şübhəsiz ki, İran və dünya müsəlmanlarının ehtiram bəslədiyi siyasi və dini şəxsiyyətlərə qarşı bu cür təhqiredici və zorakı ritorika, ABŞ-nin düşüncəsiz siyasətlərinə qarşı nifrətin artmasına və onların dialoq və qarşılıqlı anlaşma yönündə irəli sürdükləri iddiaların daha da etibarsız olmasına səbəb olur.

Xarici İşlər Nazirliyi ABŞ rəsmilərinə tövsiyə edir ki, təhqiramiz ritorika və davamlı mövqe dəyişiklikləri əvəzinə, İranın dinc nüvə obyektlərinə qarşı qanunsuz hücumlar və sionist rejimin İran xalqına və regiona qarşı törətdiyi cinayətlərə ABŞ-nin verdiyi dəstəklə bağlı beynəlxalq hüququn kobud şəkildə pozulmasına cavab versinlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + fifteen =