İranın İsraildə dağıtdığı binaların sayı açıqlandı

İranın raket və pilotsuz təyyarələrinin endirdiyi zərbələr nəticəsində İsraildə ən azı 31 min bina ciddi zərər görüb, dörd min avtomobil yararsız hala düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə “Defa Press” portalı məlumat yayıb.
Mənbə iddia edir ki, 12 gün davam edən hərbi əməliyyatlar İsrailə ciddi və bərpası mümkün olmayan zərər vurub.
Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən bir sutkadan sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraq bir-birini atəşə tutmağa davam ediblər. İyunun 22-də ABŞ də münaqişəyə qoşularaq İsfahan, Fordo və Natanzdakı nüvə obyektlərini bombalayıb. İyunun 23-də Tehran ABŞ-nin Yaxın Şərqdə ən böyük hərbi hava bazası olan Qətərdəki “Əl-Udeyd” bazasına raket zərbəsi endirib. Daha sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İranın atəşi tamamilə dayandırmağa razılaşdıqlarını bəyan edib. 24 iyunda atəşkəs qüvvəyə minib.