Narahatlığı və stresi azaldan 10 qida

“Stres hormonu” kimi tanınan kortizol həyəcanlı və təhlükəli vəziyyətlərə cavab olaraq böyrəküstü vəzilər tərəfindən istehsal olunur. Həddən artıq kortizol limfa sisteminə təsir edə, gözlərin, yanaqların və çənənin şişməsinə səbəb ola bilər.
İdeal halda, stres və ya təhlükə sovuşduqda, bədən təbii olaraq kortizol səviyyəsini azaldır, lakin stres uzun müddət davam edərsə, yüksək kortizol səviyyəsi bədəni mübarizə vəziyyətində saxlaya bilər.
Oxu.Az “Vogue”a istinadən xəbər verir ki, stresə qarşı daimi mübarizə vəziyyəti immun sistemini zəiflədərək bağırsaq mikrobiomunu dəyişdirə, orqanizmi iltihab və infeksiyaya qarşı həssas hala sala bilər. Bu, həmçinin yorğunluq, əsəbilik, baş ağrıları, düşüncə dumanlığı, sızanaqlar, yuxusuzluq, çəki artımı və hətta depressiyaya səbəb ola bilər.
Həyatımızdakı bütün stresləri aradan qaldırmaq demək olar ki, mümkün deyil. Bununla belə, çətinliklərin öhdəsindən gəlməyin yolları var: Meditasiya, məşq, terapiya və ya sadəcə keyfiyyətli yuxu almaq. Həmçinin sağlam, balanslaşdırılmış pəhriz “stres hormonu” ilə mübarizə aparmağa kömək edəcək.
Belə pəhrizə daxil edilməli olan ən yaxşı 10 qida kələm və kahı kimi yaşıl yarpaqlı tərəvəzlər, tünd şokolad, yaşıl çay, qızılbalıq, avokado, paxlalılar, giləmeyvələr, fındıq, yumurta və çia toxumudur.