Qətər Qəzzada atəşkəs üçün İsrailə yeni təklif göndərib

Qətər Qəzzada atəşkəs üçün İsrailə yeni təklif göndərib

Qətər Qəzza zolağında atəşkəs və məhbusların mübadiləsi sazişinin yenilənməsi üçün İsrailə yeni təklif təqdim edib.

APA xəbər verir ki, bu haqda İsrail dövlət televiziyası KAN diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə razılığın əldə olunması ehtimalı yüksəkdir, lakin tərəflər arasında hələ də fikir ayrılığı var.

İddiaya görə Qətərin İsrailə təqdim etdiyi yeni təklifə əsasən Qəzza zolağında 60 günlük atəşkəs elan ediləcək, ilk gün 8 israilli məhbus, 50-ci gün isə 2 məhbus azad ediləcə.

Ölən israilli məhbuslardan 18-nin cəsədinin 3 mərhələdə qaytarılacağı və İsrail ordusunun Qəzza zolağının cənubunda Rəfah və Xan Yunisi ayıran Moraq dəhlizindən geri çəkiləcəyi də iddialar arasındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × five =