Türkiyədə Meşə Yanğınları Yolların Bağlanmasına Səbəb Oldu! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Türkiyədə İzmir-Çeşmə avtomobil yolunun bəzi hissələri bölgədə baş verən güclü meşə yanğınları səbəbilə müvəqqəti olaraq nəqliyyata bağlanıb. Yanğının sürətlə yayılması təhlükəsi və tüstünün görüş məsafəsini məhdudlaşdırması nəticəsində aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbiri kimi yolun bağlanmasına qərar verilib.
Fövqəladə hallar üzrə xidmətlər hadisə yerindədir. Yanğının nəzarət altına alınması və alternativ yollarla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.