Alimlər süni intellektdən istifadə edərək binaları soyuq saxlayan boya yaradıblar

Alimlər süni intellektdən istifadə edərək binaları soyuq saxlayan boya yaradıblar

Çin, ABŞ, İsveç və Sinqapurdan olan elm adamları süni intellektdən istifadə edərək binaları sərin saxlaya bilən boya formulunu yaradıblar.

Oxu.Az bu barədə “The Guardian” nəşrinə istinadla xəbər verir.

Nəşrin məlumatına görə, yeni örtüklər Günəş işığına məruz qaldıqdan sonra binaları adi boyadan 5-20 dərəcə sərin saxlaya bilir. Onlar, həmçinin avtomobillərə, qatarlara, elektrik avadanlıqlarına və soyutma tələb edən digər obyektlərə tətbiq oluna bilər.

Süni intellektin köməyi ilə əldə edilən boya Günəş şüalarını daha yaxşı əks etdirir və istiliyi yayır. Alimlər hesablayıblar ki, dördmərtəbəli yaşayış binasının damına belə boya vurulması Rio-de-Janeyro və ya Banqkok kimi isti iqlimlərdə ildə 15.8 min kilovat-saata bərabər elektrik enerjisinə qənaət edə bilər.

Əgər boya min yaşayış binasına çəkilsə, bu, bir il ərzində 10 mindən çox kondisionerin işləməsi üçün nəzərdə tutulan elektrik enerjisinə qənaət edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =