Azərbaycan güləşçisi Avropa çempionu olub

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.
APA xəbər verir ki, yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kiloqramda medalçılar müəyyənləşib.
Ayxan Cavadov (60 kiloqram) finalda isveçli Adam Silverinə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək Avropa çempionu olub.
Fəraim Mustafayev (67 kiloqram) gərgin mübarizə şəraitində keçən qarşılaşmada türkiyəli Abdullah Keskinə 7:5 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.
Seymur Qasımov (72 kiloqram) yunanıstanlı Arionas Kolitsopulosa 1:3 hesabı ilə məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Elmin Əliyev (82 kiloqram) isə serbiyalı Oqnyen Yakovlyeviçə tam üstünlüklə (10:0) qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.