Çin istehsalı ikinci əl avtomobil almazdan əvvəl Bunları mütləq yoxlayın!

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. Bu isə bazarda yeni seqmentin formalaşdığını göstərir.
Avtomobil satış sektoru üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, ikinci əl bazarda daha çox fərdi qaydada idxal olunan, yəni rəsmi nümayəndəliyi və servis dəstəyi olmayan modellər problem yaradır. Amma bazarda rəsmi idxalçı tərəfindən təmsil olunan Çin avtomobilləri də mövcuddur. Bu brendlər həm ehtiyat hissələri, həm də servis baxımından daha dayanıqlıdır.
İkinci əl bazarda Çin avtomobillərinə maraq əsasən qiymət baxımından əlçatanlığa görə formalaşır. Lakin avtomobili satmaq istədikdə, brendin bazarda tanınması və servis təminatı da qiymətə təsir edən əsas amillərdən sayılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: