İzmir Böyükşəhər Bələdiyyə Başçısı Cemil Tugay: “Əlimizdən gələni edirik, amma meşə əlimizdən gedir” (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
İzmirin Torbalı bölgəsində alovların geniş miqyasda yayılması ilə bağlı açıqlama verən İzmir Böyükşəhər Bələdiyyə Başçısı Cemil Tugay, mövcud vəziyyətin nə qədər acınacaqlı olduğunu ifadə edib:
“Çox dəhşətli bir vəziyyət yaşayırıq. Durdurula bilməyən bir yanğın var. Üç kənd ciddi şəkildə yanıb. Əlimizdən gələni edirik, amma bu bölgədəki meşə tükənmək üzrədir, tamamilə yanır. Sadəcə kədər içində izləyirik.”
Başçı, yanğının qarşısını almaq üçün bütün resursların səfərbər edildiyini bildirsə də, alovların sürətlə yayılması ilə mübarizənin çətinləşdiyini vurğulayıb. Hadisə yerində fövqəladə vəziyyət qüvvələri və könüllülərin dəstəyilə müdaxilələr davam edir. Rəsmi qurumlardan yeni açıqlamalar gözlənilir.