Əraqçi: Almaniya İranın bombalanmasını açıq şəkildə dəstəkləməsi ilə, İran xalqına düşmənçiliyini nümayiş etdirdi

Əraqçi: Almaniya İranın bombalanmasını açıq şəkildə dəstəkləməsi ilə, İran xalqına düşmənçiliyini nümayiş etdirdi

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi “X” sosial şəbəkəsindəki hesabında, Almaniya Xarici İşlər Nazirliyinin İranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlığın dəyişməsinə dair reaksiyasına cavab verib. Bu dəyişiklik, sionist rejim və ABŞ-nin İranın nüvə obyektlərinə hücumundan sonra baş verib.

Almaniya Xarici İşlər Nazirliyinin hesabında bu barədə belə yazılıb:

“İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırmaq qərarı dağıdıcı bir mesaj əlamətidir: Bu addım İranın nüvə proqramına beynəlxalq nəzarət imkanını tamamilə aradan qaldırır ki, bu da diplomatik həll üçün həyati əhəmiyyət daşıyır. İran bu qərardan geri çəkilməlidir.”

Xarici işlər naziri bu mesajı öz hesabında sitat gətirərək belə yazıb:

“Bir saxta xəbərə cavab: İran hələ də nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə (NPT) və müvafiq təminat sazişinə sadiqdir. İran İslam Respublikasının Milli Məclisinin İsrail və ABŞ tərəfindən İranın nüvə obyektlərinə qarşı qanunsuz hücumlarına cavab olaraq qəbul etdiyi yeni qanuna əsasən, İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı yalnız İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası vasitəsilə və aşkar təhlükəsizlik səbəblərinə görə tənzimlənəcəkdir.”

O əlavə edib:

“Əslində, İran xalqının fikrincə, ‘dağıdıcı mesaj’ göndərən və ‘diplomatik həll yolunu’ təhlükə altına atan amil tamamilə aydındır: Almaniyanın, təminat altında olan nüvə obyektlərinə edilən hücum da daxil olmaqla, İsrailin İrana qarşı qanunsuz hərbi hücumuna açıq şəkildə dəstək verməsidir. Bu hücumlar qərbin adından həyata keçirilən ‘çirkli iş’ kimi tanınıb. Bundan əlavə, Almaniya, beynəlxalq hüquqa, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) və BMT Nizamnaməsinə zidd olan, ABŞ-nin İranın nüvə obyektlərinə qarşı qanunsuz hücumlarını da açıq-aşkar müdafiə edib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − four =