Bu avtomobil şirkəti rekorda imza atdı – Dəyəri fantastik səviyyədə!

Bu avtomobil şirkəti rekorda imza atdı – Dəyəri fantastik səviyyədə!

Rəsmi hesablamalara görə, “Tesla” şirkətinin dəyəri 2025-ci ildə 1 trilyon 185 milyon dollara çatıb.

Müqayisə üçün bu, dünyanın ən böyük avtomobil markaları olan VW (56.3 milyard dollar), “Mercedes-Benz” (55.1 milyard dollar) və “Ferrari”nin (86,4 milyard dollar) birgə dəyərindən çoxdur.

Bildirilir ki, “Tesla” elektrik avtomobilləri, proqram təminatı və yeni akkumulyator texnologiyalarına diqqət yetirməsi sayəsində belə başgicəlləndirici rəqəmə nail ola bilib.

Ancaq “Tesla”nın gələcəyi artıq hamının düşündüyü kimi buludsuz görünmür.

Şirkət Çinin BYD və “Xiaomi” markalarının ciddi rəqabəti ilə üzləşir, lakin onlar hələ də dünyanın ən dəyərli avtomobil istehsalçısı titulundan çox uzaqdırlar:

1. “Tesla” – 1 trilyon 185 milyard dollar;

2. “Toyota” – 237 milyard 300 milyon dollar;

3. “Xiaomi” – 168 milyard dollar;

4. BYD – 164 milyard dollar;

5. “Ferrari” – 86 milyard 400 milyon dollar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × one =