Tramp: “İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim”

Tramp: “İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim”

ABŞ prezidenti Donald Tramp bildirib ki, uyğun zaman gəldikdə, İrana qarşı tətbiq olunmuş birtərəfli sanksiyaları ləğv etmək imkanına sahib olmaq istəyərdi.

APA xəbər verir ki, o bu haqda Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı danışıb

“İrana qarşı çox ağır sanksiyalarımız var, həqiqətən çox ağır. Mən istərdim ki, uyğun vaxtda bu sanksiyaları ləğv edə bilim. Onlara özlərini bərpa etmək üçün bir şans verim. Mən istərdim ki, İran dinc şəkildə bərpa olunsun. Əvvəllər olduğu kimi “Amerikaya ölüm”, “İsrailə ölüm” kimi şüarlar səsləndirməsinlər.”, – o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × five =